Cəlilabad rayonunda güclü yanğın olub.
Hadisə rayonun Xanılı kəndində Qadir Mirzəyevə məxsus yem anbarında qeydə alınıb.
Belə ki, ümumi sahəsi 456 kv.m olan anbarda qəfil yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində təxminən 30 ton ot bağlamasının 20 tonu yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
"Report"
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabrda keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Naxçıvanda “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının təqdimatı keçirilib - FOTO
Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir