14 may 2026 09:53
92

Xədicə Qurbanzadə Avropa çempionatının finalında

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Xədicə Qurbanzadə (49 kq) polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb. Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə bu gün finalda ukraynalı Olena Kolubayla güləşəcək.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.