22 may 2026 22:02
115

"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Turan Tovuz"a qalib gəldi

Misli Premyer Liqasında sonuncu - 33-cü turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün 2 matç keçirilib.

"Turan Tovuz" "Sabah"la qarşılaşıb. Oyunda "Sabah" 2:1 hesablı qələbə qazanıb.

Digər görüşdə isə "Sumqayıt" "Qarabağ"ı qəbul edib. Dramatik matçda Ağdam təmsilçisi 4:3 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, sözügedən komandalardan "Sabah" çempionluğu, "Qarabağ" 2-ci, "Turan Tovuz" isə 3-cü yeri təmin edib.

22 may (cümə)

19:30. "Sumqayıt" – "Qarabağ" - 3:4

Qollar: Ramil Şeydayev, 3 (0:1), Emmanuel Addai, 21 (0:2), Səbuhi Abdullazadə, 53 (1:2), Ramil Şeydayev, 64 (1:3), Rüstəm Əhmədzadə, 76 (2:3), Aleksey Kaşuk, 85 (2:4), Emil Mustafayev, 90+3 (3:4)

Baş hakim: Elvin Bayramov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. "Turan Tovuz" – "Sabah" - 1:2

Qollar: Aron Maluda, 15 (1:0), Xəyal Əliyev, 64 (2:0), Ayxan Hüseynov, 86 (1:2)

Baş hakim: Rauf Cabarov

"Bank Respublika Arena"

21 may (cümə axşamı)

 “Qəbələ” – “Şamaxı” - 3:1

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi”   

19:00. “Araz-Naxçıvan” – “Zirə”

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax”