22 may 2026 23:35
108

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

İtaliya A seriyasında 2025/26 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Mövsümün ən yaxşısı "İnter"Üin baş məşqçisi Kristian Kivu seçilib. Rumıniyalı mütəxəssis 2025-ci ilin iyunundan "İnter"i çalışdırır. O, bundan əvvəl 2018-2024-cü illərdə Milan təmsilçisinin aşağı yaş qruplarından ibarətişləyib, daha sonra isə "Parma"nın baş məşqçisi olub.

Cari mövsümün yekununda Kivu “İnter”i həm A Seriyasının, həm də İtaliya Kubokunun qalibi edib.