23 may 2026 00:51
80

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

Futbol üzrə Türkiyə Kubokunda final oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, həlledici matçda "Trabzonspor" və "Konyaspor" komandaları qarşılaşıb.

Antalyada keçirilən görüş Qara dəniz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə Kubokunun sahibi olan "Trabzonspor" yeni mövsümdə UEFA Avropa Liqasında mübarizəyə pley-off mərhələsindən başlayacaq.