"Liverpul" fransalı müdafiəçisi İbrahima Konate ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mərkəz müdafiəçisi iyunun sonunda "Enfild"i tərk edəcək və bununla da "qırmızılar"ın heyətindəki 5 illik karyerasına son qoyacaq.
Qeyd edək ki, İbrahima Konate "Liverpul"a 2021-ci ilin yayında Almaniyanın "Leyptsiq" klubundan keçib. Futbolçu İngiltərə komandasının heyətində ümumilikdə 183 matça çıxıb və 7 qol vurmağı bacarıb.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb