02 iyun 2026 15:04
327

Almaniyanın keçmiş kansleri Moskvada səfərdədir

Almaniyanın keçmiş kansleri Gerhard Şröderin Moskvada olduğu bildirilir.

 “İki sahil” xəbər verir ki,  bu barədə NTV-nin Moskvadakı müxbiri Rayner Munts məlumat yayıb.

Onun iddiasına əsasən, Şröderi Rusiya paytaxtında görüb. Jurnalistin sözlərinə görə, keçmiş kansler “Kempinski” hotelində müşahidə edilib.

Məlumatda həmçinin qeyd olunur ki, Şröderin Rusiyaya səfərinin mümkün səbəblərindən biri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu ola bilər. Lakin bu barədə rəsmi təsdiq hələlik yoxdur.

Eyni zamanda bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiya ilə Ukrayna məsələsi üzrə danışıqlarda mümkün nümayəndə təyin etməli olduğunu bildirib. Onun sözlərinə görə, Avropada Şröderin Moskva ilə danışıqlar aparması ehtimalına müsbət yanaşmalar da olub.