“Qarabağ”ın sabiq futbolçusu Caba Dvali 41 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, keçmiş hücumçu ürəktutmasından dünyasını dəyişib.
O, karyerası ərzində Gürcüstanın “Dinamo” (Tbilisi) və “Zestafoni” klublarının da formasını geyinib.
Caba Dvali 2014-cü ildə Ağdam təmsilçisinin şərəfini qoruyub və cəmi 5 görüşdə meydana çıxıb. O, Gürcüstan milli komandasının heyətində isə bir oyun keçirib.
Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb