04 iyun 2026 21:27
121

Mask planetin ilk trilyonçusu olacaq

"Forbes" jurnalının reytinqinə əsasən Amerikalı iş adamı İlon Mask "SpaceX" şirkətinin IPO-dan (səhmlərin fond bazarında ilkin kütləvi yerləşdirilməsi) sonra planetin ilk trilyonçusu ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan IPO uğurla baş tutacağı təqdirdə, dünyanın ən varlı insanı olan Mask “tarixə ilk trilyonçu kimi düşə bilər”.

Maskın payının dəyəri 542 milyard ABŞ dollarına çatan "SpaceX" şirkəti ən azı 1,8 trilyon ABŞ dolları həcmində qiymətləndirilməyə nail olmağı hədəfləyir. Şirkət hər biri 135 ABŞ dolları olmaqla 555,6 milyon səhm satmağı planlaşdırır.

Eyni zamanda elektromobil istehsalçısı "Tesla" şirkətinə də rəhbərlik edən biznesmen öz səhmlərini satmır. Nəticədə, nəşrdə qeyd olunduğu kimi, "SpaceX"in səhmlərinin yerləşdirilməsi çərçivəsində şirkətin səsvermə hüququ verən səhmlərinin 82,4 faizi onun nəzarətində qalacaq.