04 iyun 2026 21:49
97

SEPAH: İsrail Ordusu Livandan çıxmayana qədər regionda sülh olmayacaq

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail Ordusunun Livandan çıxarılmayana qədər regionda sülh olmayacağını iddia edib.

“İki sahil” xəbər verir ki, bu barədə bəyanat SEPAH-ın "Telegram" kanalında yayılıb.

"Bu torpaq hələ də İsrailin hücumuna məruz qalır. Beynəlxalq təşkilatların, dünya ölkələrinin etirazları Təl-Əvivin davranışına təsir etməyib, ABŞ-nin sülh yaratmaq bəhanəsi ilə müdaxiləsi isə yalnız cinayətləri artırır", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, regional müharibədə sülhün razılaşdırılması üçün İranın ilk şərti Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsin təmin edilməsidir: "İsrail dərhal Livana hücumları dayandırmalı, qoşunlarını sürətlə çıxarmalı və Livanın ərazi bütövlüyünü tanımalıdır".