Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistanın Qərbə yönəlmiş hazırkı xarici siyasət kursu təəccüb doğurmur.
“İki sahil” xəbər verir ki, Rusiya dövlətinin başçısı bu fikri 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq informasiya agentliklərinin nümayəndələri ilə görüşdə səsləndirib.
“Burada qeyri-adi heç nə yoxdur. Ermənistanın Baş naziri Nikol Paşinyanın arxasında dayanan siyasi qüvvələr bunu çoxdan deyirlər və açıq şəkildə də edirlər”, – deyə o bildirib.
Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyündən danışan Rusiya Prezidenti qeyd edib ki, Moskva bu məsələ ilə bağlı referendumun keçirilməsini gözləyir.