04 iyun 2026 23:53
73

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər.

“İki sahil” Küveyt Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına istinadla xəbər verir ki, rəsmilər görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafını və İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, tərəflər İranın əmirliyin ərazisinə son hücumlarını pisləyiblər. "Küveyt suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır", - nazirlikdən qeyd edilib.

Rubio və Əs-Sabah həmçinin iki ölkə arasında siyasi, müdafiə və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər. Onlar regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün ABŞ və Küveytin səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Dövlət katibi görüşün yekunlarına əsasən, ABŞ-nin Küveytin və Fars körfəzindəki bütün tərəfdaşlarının təhlükəsizliyinə sadiqliyini qeyd edərək əlavə edib ki, iki dövlət regional sabitlik, eləcə də açıq və azad Hörmüz boğazı ilə bağlı baxışlarında həmrəydir.