06 iyun 2026 21:33
408

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 3593 nəfərə çatıb

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Nəbatiyyə vilayətinə və Qərbi Bekaa bölgəsinə intensiv zərbələr endirib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 3593-ə çatıb, 10990 nəfər yaralanıb", - deyə nazirlik bildirib.

Qeyd edilib ki, atəşkəs elan olunmasına baxmayaraq, yaşayış məntəqələrinin bombalanması davam edir, buna görə də günün sonuna qədər qurbanların və yaralananların sayı arta bilər.