Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub.
“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların sonuncu günündə idmançılar final mərhələsində qüvvələrini sınayıblar. Bununla da, bütün mükafatçılar bəlli olub. Azərbaycan kuboku 1 medalla başa vurub. Belə ki, akrobatika gimnastikasında ölkəmizi təmsil edən Anahita Başiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu qızıl medal qazanıb. Onlar, həmçinin “AGF Trophy” kubokunun da qalibi olublar.
Qeyd edək ki, yarışlar üç gün davam edib.
Argentina yığmasına qarşı yüksək pressinq tətbiq etməyə çalışmalıyıq - Murat Yakin
CAR millisinin heyətində DÇ-2026-da çıxış etmiş Ceyden Adams 25 yaşında vəfat edib