20 iyun 2026 20:20
74

"Neftçi" Elvin Camalovla müqavilənin müddətini uzadıb

"Neftçi" futbol klubu Elvin Camalovla müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2025-ci ilin yanvarında paytaxt klubuna transfer olunmuş E.Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.