20 iyun 2026 20:44
112

"Turan Tovuz"da 2 ayrılıq

"Turan Tovuz" 2 futbolçusu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Tural Bayramlı və Sergey Samok ilə vidalaşıb. Klub adıçəkilən oyunçuların mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Xatırladaq ki, "Turan Tovuz" daha öncə Filip Ozobiç və Şəhriyar Əliyevlə yollarını ayırıb.