21 iyun 2026 15:37
95

“Qarabağ” futbolçusu Bədavi Hüseynovla yeni müqavilə imzalayıb

“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Klubdan “İki sahil”ə bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.