21 iyun 2026 16:52
88

Fransa - İraq oyunu təxirə salına bilər

DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Fransa - İraq oyunu təxirə salına bilər.

“İki sahil” "L'Équipe"ə istinadən xəbər verir ki, buna səbəb Filadelfiyada gözlənilən əlverişsiz hava şəraitidir. Sinoptiklər qarşılaşma vaxtı güclü yağış və ildırım ehtimalının yüksək olduğunu bildiriblər.

ABŞ-da tətbiq olunan təhlükəsizlik qaydalarına əsasən, stadion yaxınlığında ildırım qeydə alınarsa, matç dayandırıla və ya başqa vaxta keçirilə bilər.

Qeyd edək ki, Fransa - İraq görüşünün iyunun 23-də Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda keçirilməsi planlaşdırılıb.