22 iyun 2026 23:20
97

Cüdo Federasiyasının növbəti Konfransı keçirilib

İyunun 22-də Azərbaycan Cüdo Federasiyasının növbəti Konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə federasiyaya üzv təşkilatların nümayəndələri iştirak edib və Konfransın keçirilməsi üçün tələb olunan yetərsay təmin olunub. Konfrans çərçivəsində 2025-ci il üzrə fəaliyyət planının icrasına dair hesabat təqdim edilib, görülmüş işlər və əldə olunmuş nəticələr müzakirə olunub. Müzakirələrin yekununda 2025-ci il üzrə fəaliyyət planının icrasının nəticələri təsdiqlənib.

Bununla yanaşı, 2026-cı il üçün müəyyən edilmiş prioritet istiqamətlər və qarşıya qoyulan hədəflər barədə Konfrans iştirakçılarına ətraflı məlumat verilib.