23 iyun 2026 01:35
89

FİFA hakimləri aşağı liqaya göndərildi

İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsi FİFA dərəcəli hakimlər Gilyermo Kuadra Fernandes və Alexandro Munis Ruisi aşağı liqaya göndərib.

“İki sahil” xəbər verir ki, “AS” nəşrinin yaydığı məlumata görə, hər iki referi 2025/2026 mövsümünün yekunlarına əsasən FİFA statusundan məhrum olunub. Onlar artıq La Liqa matçlarında baş hakim kimi işləyə bilməyəcək və karyeralarını yalnız VAR hakimi kimi davam etdirəcəklər.

Bundan başqa, İosu Qaleç Apestegiya və Xose Quzman Mansilya da yüksək liqadakı yerlərini itirərək Sequndaya göndərilib. Onların əvəzinə Lyuis Bestard Servera, Xon Ander Qonsales, Karlos Munis və Manuel Orellana Primerada fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu qərar hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul olunub. Hesabatların hazırlanmasında süni intellektdən də istifadə edildiyi bildirilir.