İngiltərənin "İpsviç Taun" klubunun yeni baş məşqçisi məlum olub.
Premyer Liqaya yüksələn kollektivi Hari Onil çalışdıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Hari Onilin son klubu Fransada "Strasbur" olub.