25 iyun 2026 01:28
89

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Futbol üzrə dünya çempionatında Qətər və Bosniya və Herseqovina milliləri B qrupunda son tur matçına çıxıblar.

“İki sahil” xəbər verir ki, oyunun 29-cu dəqiqəsində bosniyalı Kərim-Sem Alaybeqoviç hesabı açıb. Oyunun 34-cü dəqiqəsində qətərli Sultan Əl-Brake öz qapısına qol vurub. Görüşün 43-cü dəqiqəsində qətərli Hasan Əl-Haydos hesabı dəyişib - 1:2.

İkinci hissədə, 80-ci dəqiqədə bosniyalı Ermin Mahmiç fərqi artırıb - 3:1.

Beləliklə, Avropa təmsilçiləri 3:1 hesabı ilə qalib gəliblər. Bu qələbə onlara 4 xalla B qrupunda üçüncü olmağa imkan verib. Onlar 1/6 finala çıxmaq şanslarını qoruyurlar. Qətər millisi isə 1 xalla qrup sonuncusu kimi mundialı tərk edib.