27 iyun 2026 23:23
141

Mesut Özil TFF prezidenti olacaq?

"Real", "Arsenal" və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mesut Özil Türkiyədə yüksək vəzifədə fəaliyyətə başlaya bilər.

“İki sahil” xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, 37 yaşlı sabiq futbolçu Türkiyə Futbol Federasiyasının (TFF) prezidentliyi üçün əsas namizədlərdən biri hesab olunur.

Bildirilir ki, karyerasını bitirdikdən sonra Türkiyədə məskunlaşan və yerli futbol ictimaiyyəti, eləcə də siyasi elita ilə sıx əlaqələr saxlayan Mesut Özil bu vəzifə üçün kifayət qədər ciddi dəstək qazanıb. Bu amillər onu federasiya rəhbərliyi uğrunda gedən gizli mübarizədə güclü namizədə çevirir.

Qeyd edək ki, əgər təyinat baş tutarsa, Özili çətin bir missiya gözləyir. O, son illərdə hakimlərin qərarları və təşkilati çatışmazlıqlar səbəbindən ciddi tənqidlərə məruz qalan türk futbolunun nüfuzunu bərpa etmək və liqada islahatlar aparmaq üçün çalışmalı olacaq.