Tarixdə ilk dəfə Afrika qitəsindən 5 milli komanda dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, aşağıdakı komandalar DÇ-2026-nın 1/16 final mərhələsində oynayacaqlar:
Kabo-Verde
Konqo Demokratik Respublikası
Kot-d'İvuar
Misir
Cənubi Afrika Respublikası
Beləliklə, mübarizəyə qoşulan 9 Afrika komandasından yarıdan çoxu yoluna davam edir. Bu, Kabo-Verde millisinin dünya çempionatında debüt oyunudur. Onlar 1/16 finalda son çempion Argentina ilə qarşılaşacaqlar.
Qeyd edək ki, DÇ-2026 Meksika, ABŞ və Kanadanın 11 şəhərində keçirilir. Turnir tarixində ilk dəfə olaraq 48 komanda iştirak edib.