28 iyun 2026 17:10
102

"Barselona" ekvadorlu istedadı transfer etdi

"Barselona" növbəti transferini reallaşdırıb.

“İki sahil” "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Ekvadorun "LDU Kito" klubunun 18 yaşlı futbolçusu Xosue Kaysedonu icarəyə götürüb.

Müqavilədə futbolçunun transfer hüququnun 2,5 milyon avroya alınmasını nəzərdə tutan bənd yer alıb. Həmçinin Kaysedo əsas komandanın heyətində müəyyən sayda rəsmi oyuna çıxacağı təqdirdə bu bənd məcburi qüvvəyə minəcək.

Qeyd edək ki, Xosue Kaysedo LDU-nun yetirməsidir. O, sürəti, hücumameyilli oyunu və universal xüsusiyyətləri ilə diqqət çəkir. Ekvadorlu futbolçuya Avropanın bir neçə klubu maraq göstərsə də, transfer yarışında qalib "Barselona" olub.