28 iyun 2026 17:02
96

Dünya çempionları Vətəndə

İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatında iki qızıl medal qazanan Azərbaycan şahmatçıları Vətənə qayıdıb.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yığma üzvlərini Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, valideynlər və jurnalistlər qarşılayıb. Qeyd edək ki, 14 yaşadək qızların yarışında Zəhra Allahverdi, 16 yaşadək oğlanların mübarizəsində isə Xaqan Əhməd qızıl medala layiq görülüb. Zəhra Allahverdi ölkə tarixində 14 yaşlıların dünya çempionatında qızıl medal qazanan ilk qız şahmatçı olub. Xaqan Əhməd isə müstəq il Azərbaycana 16 yaşlıların dünya çempionatından ilk qızıl medalı qazandırıb. 

83 ölkədən 750-dən çox şahmatçının mübarizə apardığı dünya çempionatında iki dəfə çempionların şərəfinə Azərbaycan Himni səsləndirilib. İki qızıl medal sayəsində Azərbaycan komanda hesabında birinci yeri tutub.