İyulun 10-da Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb.
ŞKTC Prezident Administrasiyasının ilkin açıqlamasında deyilir ki, T.Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində problem yaranıb.
Siyasətçinin ümumi vəziyyətinin normal olduğu, əlavə müayinələrin və müşahidələrin davam etdiyi bildirilir.
Pakistan İran və ABŞ arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edib
Kaya Kallas: Srebrenitsa soyqırımı Avropa tarixinin ən qaranlıq səhifələrindən biridir