Türkiyənin hüquq-mühafizə orqanları Ankaranın Çankaya rayon bələdiyyəsi ilə bağlı istintaqa başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
İş çərçivəsində bələdiyyə sədri Hüseyin Can Güner də daxil olmaqla 36 şübhəli barəsində saxlanılma qərarı verilib.
Onlar mütəşəkkil cinayətkar şəbəkə yaratmaqda və bu şəbəkənin fəaliyyətində iştirak etməkdə, eləcə də rüşvət almaqda ittiham olunurlar .
Tramp Kaliforniyada ölüm hökmünün ləğvini ədliyyə sistemi üçün fəlakət adlandırıb