14 iyul 2026 13:59
122

Ali Rada Ukraynada səfərbərliyin uzadılmasına səs verib

Ukrayna Ali Radası ölkə ərazisində ümumi səfərbərlik və hərbi vəziyyət rejimlərinin müddətinin növbəti dəfə uzadılması haqqında qanun layihələrini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə qərar parlamentin iclasının birbaşa yayımı zamanı məlum olub.

Prezident Vladimir Zelenskinin təqdim etdiyi hüquqi sənədlərə əsasən, Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti 2 avqust 2026-cı il tarixindən etibarən daha 90 sutka — yəni 31 oktyabr 2026-cı ilədək uzadılır.

Qeyd edək ki, bu, rusiya-ukrayna silahlı münaqişəsinin başladığı 24 fevral 2022-ci ildən bəri Ali Rada tərəfindən hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılmasına dair qəbul edilən sayca 20-ci qərardır.