16 iyul 2026 14:06
119

"Qazprom"un səhmləri tarixi minimum həddə enib

Moskva Birjasının bu gün keçirilən ticarət sessiyasında Rusiyanın enerji nəhəngi "Qazprom"un səhmləri 5%-dən çox ucuzlaşaraq minimum 83,98 rubl səviyyəsinə enib. Birja məlumatlarına görə, bununla da şirkətin qiymətli kağızlarının dəyəri bütün dövrlərin tarixi minimumunu yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Xatırladaq ki, dünən şirkətin səhmlərinin qiyməti 2008-ci ildən bəri ilk dəfə olaraq 90 rubl həddindən aşağı düşmüşdü.

Şirkətin kotirovkaları Bakı vaxtı ilə saat 13:13-də ən aşağı nöqtəyə çatıb. Saat 13:53-ə doğru isə səhmlərin qiyməti bir qədər korreksiya olunaraq yenidən 84 rubldan yuxarı qalxıb.

"Qazprom"dakı geriləmə ilə yanaşı, Rusiya fond bazarının ümumi vəziyyətində də ciddi mənfi dinamika müşahidə olunur.