İssık-Kul gölünün sahilində yerləşən Balıqçı şəhərində Rusiya və Qırğızıstanın "Mərkəz-2026" birgə taktik təlimi başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "11 avqust 2026-cı il tarixində 20636 saylı hərbi hissənin bazasında 'Mərkəz-2026' birgə taktik təliminin açılış mərasimi keçirilib".
Bildirilir ki, mərasimdə təlimin rəhbəri polkovnik Almazbek Kojoşev, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi kontingentinin rəisi, 201-ci hərbi bazanın komandir müavini qvardiya podpolkovniki Dmitri Lakeyev və Balıqçı meriyasının aparat rəhbəri Gülnarə Kukeyeva iştirak ediblər.
Manevrlərdə 500-dək hərbi qulluqçu iştirak edir, 100-dək silah və hərbi texnika vahidi, döyüş dronları, eləce də iki ölkənin ordu aviasiyası cəlb olunub.