Avqustun 11-də Babi-əl-Məndəb boğazında Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının endirdiyi raket zərbəsi nəticəsində kommersiya gəmisinin ən azı üç heyət üzvü həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat verib.
Kanalın məlumatına görə, hücumun qurbanları iki Pakistan və bir İndoneziya vətəndaşı olub. Qeyd olunur ki, gəmiyə zərbə Yəmənin Taiz şəhərindən şərqdə yerləşən rayondan buraxılan ballistik raketlə endirilib.
İyulun 20-də husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etdiklərini elan etmiş, bundan sonra Səudiyyə Ərəbistanına məxsus bir neçə neft tankerinə hücum etmişdilər. Gərginliyin artması fonunda krallıq və bir sıra digər dövlətlər Qırmızı dənizdə və Babi-əl-Məndəb boğazında gəmiçilik azadlığını təmin etmək üçün yeni dəniz koalisiyasının yaradıldığını elan ediblər.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib