11 avqust 2026 14:52
86

Oman körfəzində konteyner gəmisi raket hücumuna məruz qalıb

Oman körfəzində Panama bayrağı altında üzən konteyner gəmisi raket zərbəsinə məruz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Böyük Britaniyanın "Vanguard" dəniz təhlükəsizliyi şirkətinə istinadla məlumat verib.

Şirkətin məlumatına görə, "Vela Nova" konteyner gəmisi Pakistan sahillərindən 71 dəniz mili məsafədə hücuma məruz qalıb.

Buna qədər Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) Oman körfəzində tanker və hərbçilərin iştirakı ilə insident baş verdiyini xəbər vermişdi.

Sonradan UKMTO söhbətin tankerlə deyil, konteyner gəmisi ilə bağlı olduğunu dəqiqləşdirib.