11 avqust 2026 15:56
93

Pakistanlı nazir İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tehrana gedib

Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvi İran rəhbərliyi ilə danışıqlar aparmaq üçün Tehrana gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə İranın CNN telekanalı məlumat verib.

Buna qədər İran XİN-in nümayəndəsi İsmayıl Baqai bildirmişdi ki, diplomatiya idarəsinin rəhbəri Abbas Əraqçı və Məclisin spikeri Məhəmməd Baqir Qalibaf Pakistana səfər etmək üçün dəvət alıblar və münasib vaxtda İslamabada yola düşəcəklər.