11 avqust 2026 17:22
97

Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.

Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.

Səfər avqustun 13-də başa çatacaq.