12 avqust 2026 20:11
118

Paşinyan və Zelenski regiondakı vəziyyəti müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Zelenski Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Həmsöhbətlər həmçinin sabit və möhkəm sülhün təşviq edilməsinin vacibliyini vurğulayaraq, regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıblar.