Rusiya ilə Şimali Koreya (KXDR) arasında Tumannaya çayı üzərindən salınan yeni avtomobil körpüsünün tikintisi son mərhələdədir.
“İki sahil” xəbər verir ki, Rusiyanın təbii sərvətlər və ekologiya naziri Aleksandr Kozlov körpüdə tammiqyaslı nəqliyyat hərəkətinin tezliklə başlayacağını bəyan edib. Nazir bu barədə KXDR səfirliyinin Şimali Koreyanın Yaponiya işğalından azad edilməsinin 81-ci ildönümü münasibətilə təşkil etdiyi təntənəli qəbulda məlumat verib. O, bu layihənin başa çatmasını ilin ən əlamətdar hadisələrindən biri adlandırıb.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb