Kolumbiyanın Kundinamarka departamentində mədəndə baş verən partlayışı nəticəsində 6 nəfər həlak olub, 1 nəfər isə xilas edilib.
“İki sahil” xəbər verir ki, “Blu Radio"nun regional qubernator Xorxe Emilio Reyə istinadla yaydığı məlumata görə, xilasedicilər Kukunuba bələdiyyəsinin La Ramada ərazisindəki mədəndən 6 nəfərin cəsədini çıxarıblar. Hadisədən əvvəl əraziyə baxış keçirən müfəttişlərin təhlükəsizlik pozuntuları aşkar etdiyi və mədəndəki fəaliyyəti rəsmən dayandırdığı bildirilir. Hazırda mütəxəssislər partlayışın dəqiq səbəblərini öyrənməklə yanaşı, rəsmi qadağaya baxmayaraq, mədəndə işlərin niyə davam etdirildiyini araşdırırlar.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb