Türkiyədə ölkə vətəndaşlarını internet infrastrukturu dəyişikliyi bəhanəsi ilə aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa olunub.
“İki sahil” xəbər verir ki, bununla bağlı Türkiyənin Eskişehir Baş Prokurorluğu tərəfindən ölkənin 18 şəhərində keçirilən əməliyyat nəticəsində 90 şübhəli saxlanılıb.
Onların qeyd edilən yolla təxminən 801 nəfəri aldatdığı bildirilir.
Əməliyyat zamanı 13 şirkətin hesabları, eləcə də müxtəlif avtomobil, daşınmaz əmlak və torpaq sahələri müsadirə olunub.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb