Türkiyənin Diyarbəkir vilayətində nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm əməkdaşları cəlb olunub.
Yaralananlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirirlir. Qəza ilə bağlı araşdırma aparılır.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb