Türkiyənin Daxili İşlər Nazirliyi Bakıda saxlanılan mütəşəkkil cinayətkar qruplaşma üzvünün ölkəyə gətirildiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkədəki səhifəsində məlumat verilib.
Məlumata əsasən, əməliyyat Türkiyə Baş Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (KOM), İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi, prokurorluq orqanları və Azərbaycan polisi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Bildirilib ki, istintaq zamanı müəssisələrə atəş açmaq və iş adamlarından hədə-qorxu yolu ilə pul tələb edilməsi kimi cinayətlərdə ittiham olunan Ö.A.K. adlı şəxsin yeri müəyyənləşdirilib.
Qəsdən adam öldürmə, narkotik vasitələrin əldə edilməsi, saxlanılması və istifadəsi, eləcə də qanunsuz odlu silah və döyüş sursatının əldə edilməsi və daşınması maddələri üzrə barəsində həbs qərarı olan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.
Nazirlik əməliyyatda iştirak edən polis əməkdaşlarına təşəkkür edib, həmçinin Azərbaycan Polisinə göstərdiyi əməkdaşlığa görə minnətdarlığını bildirib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb