Almaniya kansleri Fridrix Mertsdən və onun hökumətindən narazılıq yeni rekord həddə çatıb.
“İki sahil”in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, bunu INSA Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin cəmi 16%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib, 78%-i isə narazılığını bildirib. Daha 6% suala cavab verməkdə çətinlik çəkib.
Almaniya hökumətinin fəaliyyətini sorğu iştirakçılarının 79%-i mənfi, 15%-i isə müsbət qiymətləndirib. Daha 6% respondent fikrini müəyyənləşdirməyib.
Sorğu 13–14 avqust tarixlərində keçirilib və sorğuda 1 003 nəfər iştirak edib.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb