15 avqust 2026 23:32
101

Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum edib.

“İki sahil” xəbər verir ki, Netanyahu bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində İsrail Müdafiə Ordusunun (ÇAXAL) üç hərbçisi ağır yaralanıb.

"Buna cavab olaraq ÇAXAL hücum əmrinin verildiyi "Hizbullah" qərargahına zərbə endirib. Həmin vaxt qərargahda mülki şəxslər də olub və onlar İsraili mülki əhaliyə qəsdən zərbə vurmaqda ittiham etmək üçün canlı qalxan kimi istifadə ediliblər", - Netanyahu bildirib.

Netanyahu vurğulayıb ki, ÇAXAL siyasi rəhbərliyin siyasətinə uyğun fəaliyyət göstərir və həm Livanda, həm də Qəzzada İsrail hərbçiləri və vətəndaşları üçün yaranan istənilən təhlükəni aradan qaldırır.