Macarıstanda magistral yolda hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə macar polisi açıqlama yayıb.
Bildirilib ki, qəza nəticəsində 12 nəfər ölüb, yaralananlar var.
Avtobus Budapeştdən təxminən 140 kilometr şərqdə aşıb. Polisin verdiyi açıqlamada qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb kimi göstərilir.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb