Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Muzeyinin ərazisində taxtadan tikilən 17-ci əsrə aid katolik kilsəsi yanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın Podkarpatski bölgəsinin Dövlət Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Yanğın avqustun 16-da gecə baş verib. Hadisə yerinə 120 yanğınsöndürən cəlb olunub. Alovun qonşu binalara yayılmasının qarşısı alınıb, lakin kilsəni xilas etmək mümkün olmayıb.
Muzey nümayəndələri bildiriblər ki, kilsədəki kolleksiyanı da xilas etmək mümkün olmayıb. Kilsə bu yaxınlarda bərpa olunmuşdu. Yanğının səbəbi məlum deyil.
Bu kilsə Polşanın ən qədim kilsələrindən biri idi.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb