İyulun sonunda Seutada qeyri-qanuni miqrant axınından sonra təxminən 5,8 min miqranta tibbi yardım göstərilib.
“İki sahil” xəbər verir ki, bu barədə İspaniyanın səhiyyə naziri Monika Qarsiya jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, "son 15 gün ərzində 5,8 min miqranta yardım göstərilib". O, həmçinin vurğulayıb ki, "səhiyyə sistemində hər hansı kollaps yaşanmayıb".
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək, həmçinin Seutanı Mərakeşdən ayıran dalğaqıranın ətrafından piyada keçərək şəhərə daxil ola bilib.
Böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib.
Qeyri-qanuni miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Lakin İspaniya hakimiyyətinin məlumatına görə, Seutada hələ də təxminən 5 min miqrant qala bilər.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb