Avqustun 15-də Berlində keçirilən "Rave The Planet" texnoparadından sonra 50 iştirakçı xəstəxanalara aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, onların özlərini pis hiss etmələrinə tədbir zamanı aldıqları xəsarətlər, eləcə də anomal isti havada narkotik və spirtli içki qəbulu səbəb olub. Hadisə yerində 651 nəfər tibbi yardıma müraciət edib.
"Bu, çox gərgin tədbir idi", - Berlinin Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.
Berlin polisinin məlumatına görə, festival zamanı əsasən ağır xəsarətlər yetirmək, təhqir etmək və narkotik vasitələrlə bağlı qanunları pozmaqda ittiham olunan 39 nəfər saxlanılıb.
"Rave The Planet"də on minlərlə insan iştirak edib. Təhlükəsizliyi 1,5 min polis əməkdaşı təmin edib, helikopterlər və dronlar cəlb olunub.
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Niderlandda yolları NATO tələblərinə uyğunlaşdırmaq üçün 9,5 mlrd avroya ehtiyac var
Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb