Dövlətimiz daim xalqın rahat həyatının təmin edilməsi sahəsində lazımi tədbirləri görməkdə davam edir. Bakı metropolitenində hərəkətin intensivləşdirilməsi istiqamətində atılan addımlar da belə tədbirlərdən biridir. Bu tədbirlər paytaxt sakinlərinin və onun qonaqlarının rahat gəliş-gedişini tənzimləmək məqsədinə xidmət edəcək. O səbəbdən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılaraq xətlərin ayrılmasına başlanıb.
Məlumdur ki, altmış ildən artıq müddətdə istifadəyə verilmiş Bakı metropolitenində yeni qatar xətlərinin açılması vacibdir. Bu xətlər çəkilməsə qatarlar arasında interval genişlənir ki, bu da yersiz vaxt itkisinə səbəb olur. Ona görə də belə itkilərin aradan qaldırılması üçün bu sahədə işlərin başlanmasına start verilib. Xətlərin ayrılması üçün tikilən tunelin tikintisinin təxminən bir neçə ay çəkəcəyi planlaşdırılır.
Həyata keçiriləcək dəyişikliklərin paytaxtda sərnişin axınının və nəqliyyat istiqamətlərinin müəyyən qədər dəyişməsinə səbəb olacaqdır. Ancaq sərnişinlərin hərəkətinin tənzimlənməsi üçün zəruri tədbirlərin də həyata keçirilməsinə başlanıb. Ola bilsin ki, sərnişinlər ilk vaxtlar müəyyən çətinliklərlə üzləşsinlər. Lakin bildirildiyi kimi, bu, müvəqqəti xarakter daşıyacaq.
Hazırda metrostansiyalar arasındakı əlaqənin kəsilməsinin kompensasiya edilməsi məqsədilə dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrut fəaliyyət göstərir.
Yeni ekspres marşrutlar artıq işə salınıb:
M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;
M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;
M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;
M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;
M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;
M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları.
Marşrutlarla daşımalar vaxt itkisinə yol vermədən təşkil edilir ki, sakinlərin rahatlığı təmin olunsun. Metroda görülən işlər hər birimizin rahatlığı üçündür, ona görə xoş sonluğu gözləməliyik.
Vəli İlyasov, “İki sahil”
Ukrayna Silahlı Qüvvələri hava zərbələri ilə bağlı statistikanı niyə açıqlamır?