Qananın xarici işlər naziri Semyuel Okudzeto Ablakva Rusiya XİN rəhbəri Sergey Lavrovla keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında 62 Qana vətəndaşının xüsusi hərbi əməliyyatda həlak olduğunu, daha 15 nəfərin isə itkin düşdüyünü bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"62 qanalı həlak olub, 15 nəfər isə hazırda itkin düşmüş hesab olunur", — deyə o bildirib.
Nazirin sözlərinə görə, o, Lavrovla Qana vətəndaşlarının əməliyyatlara qanunsuz cəlb olunmasının dayandırılması məsələsini də müzakirə edib.
Tramp ABŞ-ın SEPAH ilə qeyri-rəsmi kanallar vasitəsilə əlaqə saxladığını bildirib