18 avqust 2026 00:41
75

Kuşner: 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik

Növbəti 30 gün ərzində Qəzza məsələsində irəliləyiş görə bilərik.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü barədə “Fox News”a müsahibəsində deyib. O, tezliklə bəzi silahların çıxarıla və növbəti 60-90 gün ərzində bəzi tunellərin doldurula biləcəyini bildirib.

Cared Kuşner Benyamin Netanyahu ilə görüşdə qaldırılan bəzi əsaslı narahatlığı həll edə bildiklərini vurğulayıb.

“Qəzzanı yenidən qurmaq planımıza çox sadiqik, amma demilitarizasiya baş verənə qədər Qəzzanın yenidən qurulmasına icazə verməyəcəyik. Heç kim terrorçular tərəfindən ələ keçiriləcək və ya yenidən partladılacaq bir yerə daha çox pul qoymaq istəmir. Həmçinin hər hansı bir təhlükə olarsa, İsrailin özünü müdafiə etmək hüququnu məhdudlaşdırmayacağıq. İrəliləyiş çox tezliklə baş verə bilər, amma hər iki tərəfdən əməkdaşlığa ehtiyacımız var”, - deyə o bildirib.